"Nişanlı idik, həyat yoldaşım universiteti bitirib rayona getdi. Mənim isə bir ilim qalmışdı. Gənc mütəxəssis olduğu üçün rayonda ona ev verilməliydi".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Dəyişən cavab" proqramında deyib. Müğənni ev üçün mərhum həyat yoldaşı ilə hamıdan xəbərsiz nikaha girdiyini söyləyib:
"O vaxt qayda belə idi ki, evlilərə ev verilirdi, subaylara yox. Bir il sonra toyumuz olacaqdı. Yoldaşım Zahid zəng etdi ki, nikah edək. Pasportumu yolladım, nikahımız oldu".
Milli.Az