"Ev almaq üçün hamıdan xəbərsiz nikaha girdik" - VİDEO

21 May 2021 17:34

"Nişanlı idik, həyat yoldaşım universiteti bitirib rayona getdi. Mənim isə bir ilim qalmışdı. Gənc mütəxəssis olduğu üçün rayonda ona ev verilməliydi".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Dəyişən cavab" proqramında deyib. Müğənni ev üçün mərhum həyat yoldaşı ilə hamıdan xəbərsiz nikaha girdiyini söyləyib:

"O vaxt qayda belə idi ki, evlilərə ev verilirdi, subaylara yox. Bir il sonra toyumuz olacaqdı. Yoldaşım Zahid zəng etdi ki, nikah edək. Pasportumu yolladım, nikahımız oldu".

Milli.Az