Şou-biznes

"Üzümün belə qalmasında genlərimizə borcluyam"

20 May 2021 18:48
Baxış: 4 488
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Üzümün belə qalmasında genlərimizə borcluyam. Heç nə etmirəm. Bu prosedurlara qarşı çox tənbələm. Bəlkə ona görə də üzüm belə qalıb. İndi cavan qızlar yerli, yersiz nələr edirlər. Bəzən bunlar heç yaxşı da alınmır".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "Səhər mərkəzi" verilişində deyib. Müğənni üzünə botoks etdirməklə bağlı ünvanına yazılan şərhlərə cavab verib.

Kərimova "Sevgini kişi, yoxsa qadın ilk etiraf etməlidir" sualına "Kişi... Bizdə mentalitet belədir. Olmaz" cavabını verib.

Sevgidən danışan Kərimova həyatında sevginin olmadığını söyləyib:

"İnsan yaşa dolandan sonra sevgi sönür, keçir arxa plana. İndi sevgim övladlarıma, nəvəmə var. Dediyiniz sevgi elə parçalanır ki... Dediyiniz sevgi çox uzaqda qalır. Bizim qanımızda var, istəsək də alınmır. Özümüz üçün yaşaya bilmirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.