Şou-biznes

Reanimasiyaya yerləşdirilən aktyorun 37 gün sonra ilk FOTOsu

19 May 2021 12:59
Baxış: 2 889
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən ayın əvvəlləri koronavirusa yoluxan və tənəffüs çətinliyi səbəbilə reanimasiyaya yerləşdirilən "Sadakatsız" serialının ulduzu Burak Sergenin səhhəti qaydasına düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aktyor xəstəxanada nişanlısı Nihan Ünsal ilə lentə alınan fotosunu "Hurriyet" qəzetinə göndərib.

O, 37 gün sonra ilk açıqlamasında bunları deyib: "Həyatın bir hissəsindən yenidən tutmaq çox xoşdur. Həmişə Nihanı yanımda hiss edirdim. Çünki onun hər zaman yanımda olduğunu bilirdim".

Nihan Ünsal isə "Vəziyyəti yaxşıdır, ancaq koronavirusdan sonra bədənində müəyyən problemlər var. Bəzən tənəffüs problemi yaranır",- deyə qeyd edib.

B. Sergen, həmçinin uzun müddətdir rol aldığı "Sadakatsız" serialına geri qayıtdığını açıqlayıb. O, ekran işinin yeni bölümündə video ilə bağlanaraq ailə üzvləri ilə görüşəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.