Şou-biznes

"Aslan Hüseynovun bacısı reanimasiyadadır"

6 May 2021 11:59
Baxış: 3 910
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bir neçə gün əvvəl avtomobil qəzasında dünyasını dəyişən müğənni Aslan Hüseynovun bacısının vəziyyəti pisləşib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, reanimasiyaya yerləşdirilib. Bu haqda rəqqasə Fatimə Fətəliyeva İnstaqramda canlı yayımda deyib.

Ötən gün mərhum sənətçinin Gəncədə keçirilən yas mərasiminə qatılan Fatimə "Ailə pis durumdadır. Atası xəstədir, oğlunun ölümündən xəbəri yoxdur. Bacısı reanimasiyadadır. Xanımı evdar qadındır, heç nədən başı çıxmır" sözlərini söyləyib.

Qeyd edək ki, Gəncədən anasının yasından qayıdan A.Hüseynov sükan arxasında yatıb və maşın "Kamaz" avtomobili ilə toqquşub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.