Koronavirusun qurbanı olan tanınmışlar - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Artıq bir ildən çoxdur ki, dünyanı cənginə alan koronavirus infeksiyası Azərbaycandan da yan keçməyib. Saysız insanların ölümünə səbəb olan Covid-19-un qurbanları arasında sənət aləminin tanınmış simaları da yer alıblar.
Milli. Az axşam.az-a istinadla koronovirus infeksiyasından dünyasını dəyişən məşhurları təqdim edir:
Xalq artisti Rafiq Hüseynov (Rəmiş) qaraciyər problemi ilə xəstəxanaya yerləşdirilsə də Covid-19-un qurbanı olub. Gitara ifaçısı aprelin 4-də xəstəxanada dünyasını dəyişib.
Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub və bir neçə gün əvvəl dünyasını dəyişib. Müğənni vəziyyəti ağır olsa da xəstəxanaya getməkdən qorxub. Evində müalicə alan Əşrəfovun səhhəti getdikcə ağırlaşıb və onu xilas etmək mümkün olmayıb.
Xalq artisti Teymur Mustafayev (Teymur əmi) ötən ilin iyununda dünyasını dəyişib. Xanəndənin koronavirus infeksiyasından vəfat etdiyi açıqlanıb.
Xalq artisti Sabir Əliyev də 72 yaşında koronavirusdan vəfat edib. Uzun müddət xəstəxanada müalicə olunmasına baxmayaraq, həkimlər onu xilas edə bilməyiblər.
Əməkdar mədəniyyət işçisi, "İRS" folklor ansamblının rəhbəri Sidqi Mustafayev 73 yaşında vəfat edib. Tarzən koronavirus infeksiyasına yoluxub, xəstəxanaya yerləşdirilsə də həkimlər onu xilas edə bilməyib. Daha sonra məlum olub ki, mərhumun özündən əvvəl qızı, həyat yoldaşı da Covid-19-un qurbanı olub. Bir müddət sonra isə S.Mustafayevin ikinci qızı və qudası da virusdan dünyasını dəyişib.
Əməkdar mədəniyyət işçisi, muğam ifaçısı Sərdar Əvəzoğlu vəfat edib. Onun koronavirusa yoluxduğu açıqlanıb.
Qarmon ifaçısı Nəbi Məmmədov da aprelin 14-də koronavirusdan vəfat edib. Nəbi virusa yoluxsa da xəstəxanaya gec gedib.
AzTV-nin kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev Covid-19 infeksiyasından dünyasını dəyişib.
Gənc Tamaşaçılar Teatrının aktyoru Ələsgər Qurbanəliyev 73 yaşında vəfat edib. Yaxınları onun koronavirus infeksiyasından dünyasını dəyişdiyini açıqlayıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
-
8 ayda 35 mindən çox şəxsə əlillik verilib
-
Rusiya ordusunun itkiləri 1,5 milyonu keçdi
-
Pensiyaçılar da daxil olmaqla bu şəxslərin tibbi xidməti DİN-ə həvalə edildi
-
Azad edilmiş ərazilərdə 4 məscid, 7 türbə və 13 məbəddə iş aparılıb - Səadət Yusifova
-
Məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum etdi
-
Aktöbəyə ilk reys uğurla həyata keçirilib - (Foto)
-
Bakıda GES və Batareya Enerji Saxlanc Sistemi tikiləcək
-
Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək
-
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
-
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - (Foto)
-
"Kurtlar vadisi"nin məşhur aktyoru yeni serialda - (Foto)
-
Azərbaycanın UNESCO irsi və xalçaçılıq sənəti Peruda belə tanıdılır - (Foto)
-
Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq
-
İşsiz şəxslərin diqqətinə: 478 manat...
-
“Həzi Aslanov” metrosunda yenilik - İşlər nə vaxt bitəcək?
-
“Ziraat Bank Azərbaycan” enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb!
-
"Çirkin"in yayım tarixi bəlli oldu
-
Su quyusuna yıxılan qadın öldü
-
Prezident İlham Əliyev: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Tarixi-dini abidələrin vahid məlumat bazası yaradıla bilər - Ramin Məmmədov
-
Azərbaycanda doğulanların sayı azalıb
-
Arda Gülerə Bellinqemdən böyük hörmətsizlik - (Video)
-
Azərbaycanda evlənənlərin yarıdan çoxu boşanır - Rəsmi





