Şou-biznes

“Qremmi” mükafatı yeni qaydalarla təqdim olunacaq

3 May 2021 10:39
Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2022-ci ildə təqdim olunacaq "Qremmi" mükafatlarında bir sıra yeniliklər tətbiq ediləcək.

Milli.Az oxu.az-a istinadən xəbər vrir ki, bu barədə Milli Səsyazma Akademiyasından məlumat verilib.

Məlumata əsasən, 4 ən vacib nominasiya üzrə namizədləri seçən gizli komitələr ləğv olunacaq. 1989-cu ildən bəri fəaliyyət göstərən bu komitələrə 15-30 nəfərdən formalaşdırılırdı. Bundan sonra "Ən yaxşı yeni artist", "İlin mahnısı", "İlin səs yazısı" və "İlin albomu" nominasiyalarının iştiakçılarını akademiya üzvləri seçəcəklər.

Bununla yanaşı, "Ən yaxşı qlobal musiqili çıxış" və "Ən yaxşı Musica Urbana albomu" adlı yeni nominasiyalar peyda olacaq.

Qeyd edək ki, növbəti "Qremmi" mükafatları yanvarın 31-də təqdim olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.