Şou-biznes

Zaurla meyxanaçı arasında qalmaqal - Studiyanı tərk etdi - VİDEO

28 Aprel 2021 11:49
Baxış: 4 342
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Zaur Kamalın "Həmin Zaur" proqramında mübahisə yaşanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı verilişə qatılan meyxanaçı Yaşar Qafanlıya "Neçə dostun mənə deyib ki, onu efirə çıxart. Bağırmısan ki, Zaurla efirə çıxım. Belə olmaz" sözlərinə əsəbiləşib. 

"Lazım olsa, hansı kanalı açarsan məni görərsən. Camaat baxır, belə danışmaq lazım deyil. Pis çıxır. Sənə əlbəttə hörmətim var, efirində olaram. Amma belə demək olmaz. Ortaq dostlarım sənə deyib. 20 ildir ki, sənətdəyəm, camaatda məni tanıyır. Sənin danışığın düz deyil. Əzizlərim, dostlarım baxır, belə danışmaq olmaz. İstəyirsiz durub çıxım gedim. Sənin verilişin mənə lazım deyil" deyən, meyxanaçı studiyanı tərk edib.

Proqramın əməmkdaşları onu yenidən studiyaya qaytarıblar. Həmin an meyxanaçı və aparıcının mikrofonları bağlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.