Şou-biznes

Məşhur model ölümlə hədələnir

22 Aprel 2021 18:51
Baxış: 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Forbes" jurnalında dünyanın ən çox qazanan modelləri siyahısına başçılıq edən amerikalı model və televiziya ulduzu Kendall Cenner ölümlə hədələnir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, K. Cenner Malik Bouker adlı şəxsin əvvəl onu, sonra özünü öldürməyi planlaşdırdığını iddia edərək məhkəməyə müraciət edib.

Araşdırmalardan sonra model polisin himayəsinə götürülüb. Məhkəmə isə Boukerin 5 il ərzində 25 yaşlı modelin evindən, iş yerindən və nəqliyyat vasitəsindən ən az 30 metr məsafə uzaqda olması barədə qərar verib. 

Hazırda xəstəxanada psixiatrik yönümlü müalicə alan Malikin Kendalla onlayn əlaqə qurması da qadağan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.