Şou-biznes

Röya Flora Kərimova ilə qalmaqalından danışdı

4 Aprel 2021 18:46
Baxış: 2 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Röya Ayxan Flora Kərimova ilə münasibətindən danışıb.

Milli.Az teleqraf.com-a istinadla xəbər verir ki, Röya "ATV maqazin onlarla" verilişində Flora Kərimova ilə barışdığını etiraf edib.

"Həmişə onu və qızını çox istəmişəm, gözüm üstə yeri olub. Mənim bir açıqlamamdan inciyib. Əslində, pis qəlblə demədim. Müraciət elədim, çünki qızının toy mərasimində sevərək iştirak etmişdim. Zümrüddən xahiş etdim ki, bəlkə Flora xanımla o danışsa, problem düzələcək. Heç anlamadım ki, problem haradan gəldi. Məsələ düzəldi və çox sevindim. Onun da ömrü uzun olsun, bizə lazımdır", - müğənni qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.