Şou-biznes

Azərbaycanda "İlin hit mahnısı" seçildi - SİYAHI - FOTOSESSİYA

24 Yanvar 2012 12:07
0 Şərh     Baxış: 13 641
Milli.Az-ın məlumatına görə, mərasimdə Azərbaycan müğənnilərinin 2011-ci ildə ifa etdiyi ən hit mahnılar mükafata layiq görülüb. Tədbirin layihə rəhbəri Sədaqət Rəşidqızı həmkarı Zabir Əliyevlə birgə aparıcılıq missiyasını yerinə yetirərək möhtəşəm gecə nümayiş etdirdilər.

"MM production"ın təşkilatçılığı ilə keçirilən tədbirdə ötən il dinləyicilər tərəfindən ən çox sevilən mahnılar nümayiş olundu.

Mükafat alan müğənnilərin siyahısını təqdim edirik:

1.    Tünzalə Ağayeva "Sənsiz" (mus.: Mirvari Dilbazi, söz: Tünzalə Ağayeva)
2.    Ramal İsrafilov "Rəqs etsək" (mus.: Ramal söz: Ülviyyə Alovlu)
3.    Zaur Əmiraslanov (söz-mus.: ML)
4.    Elnarə və Mina "Hər şey istəyirəm" (mus.: Yaşar Baxış - Elnarə, söz: Mina)
5.    Leyla Ramazanlı "Gələcəksən" (mus.: Minayə xanım, söz: Arzu Əsədov)
6.    Niyam Sələmi "Gözəllər gözəli" (mus.-söz: Zaur Zeynal)
7.    Miri Yusif "Səndə olmaz" (mus.: Murad, söz: Miri Yusif)
8.    Safura Əlizadə "March on" (mus.: Andres Bage Stefan Orn, söz: Sandra Bjurman)
9.    Ədalət Şükürov "Səndən gözəli yoxdur" (mus.: Ədalət, söz: İkram Əliyev)
10.    Natavan Həbibi "Stop" (mus. söz: Murad Arif)
11.    Nigar Camal və Eldar Qasımov "Running Scared" (mus. söz: Stefan Orn, Sandra Bjurman)
12.    Samira "Sevgi şirin yuxu" (mus.: Fidan Nəzərova, söz: Sevinc Şirin)
13.    Elnur Məmmədov: "Evliyəm artıq" (mus.: Vüsalə Hikmət, söz: Sevinc Şirin)
14.    Nadir Qafarzadə "Bomba" (mus.: Vüsalə Hikmət, söz: Orxan Ömər)
15.    Vasif Məhərrəmli "Sənsizlik" (mus.: Tunar, söz: Oktay Kamil)
16.    Abbas Bağırov "Aləm gözəl" (mus.: söz: Anar Məmmədov)

Tədbirdə bəzi maraqlı məqamlar da yaşandı. Zalda əyləşən və ilin hit mahnısı mükafatına layiq görülən Eldar Qasımov Nigar Camal səhnəyə çıxmadan məkanı tərk etdilər.

Vasif Məhərrəmlinin çıxışı zamanı isə kazus yaşandı. Müğənni "Sənsizlik" adlı hit mahnısını ifa edən zaman texniki qusur yarandı və mahnı dayandı. Özünü itirməyən Vasif fonoqram ifa etməkdən xoşu gəlmədiyini açıqlayaraq sözügedən mahnını musiqisiz və canlı şəkildə ifa etdi. Onun mükəmməl ifası isə tamaşaçıları gurultulu alqış səsləndirməyə vadar etdi.

Mərasimdə həmçinin efirlərdə və tədbirlərdə görünməyən gənc müğənni Mina da iştirak edirdi. Gənc xanım ilk dəfə idi, tamaşaçı kütləsi qarşısında çıxış edirdi. Onun "Hər şey istəyirəm" mahnısını tamaşaçılar böyük coşğu ilə qarşıladılar.

Onu da əlavə edək ki, siyahıda mükafat alacaq müğənnilər sırasında Nadir Qafarzadə ilə Elnur Məmmədovun adı çəkilsə də, ifaçılar gecəyə qatılmadılar.

Qeyd edək ki, "İlin Hit Mahnısı"nın informasiya dəstəyi Milli.Az-a məxsusdur.

Türkan Məmmədli
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.





































































































































































Foto: Türkan Məmmədli
loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.