Şou-biznes

"15 yaşımda atam məni nişanladı" - Səidədən etiraf

17 Fevral 2021 16:04
Baxış: 2 249
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"14-15 yaşımda nişanlı olmuşam. Gənc idim, çox şeyi dərk etmirdim".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Səidə Dadaşova "Günün sədası" proqramında deyib. Sənətçi bildirib ki, atası, mərhum Xalq artisti Rafael Dadaşov onu gənc yaşından nişanlayıb:

"Bir şeyi gözündə ideallaşdırırsan və nakam çıxır. Bir rəfiqə tərəfindən aldadılmış olursan. Nişanlandım, atam dedi ki, 2-3 il gözləmək lazımdır. Səidənin məktəbi bitsin sonra ailə qurarlar. Qorxurdular ki, məni qaçırdarlar, deyirdilər nişan taxaq gözümüzün önündə olsun. Onda məni qaçırmaq istəyən çox adam var idi. Həmin şəxs məndən 10 yaş böyük idi. Elədiyim heç bir şeyə peşman deyiləm. Ona görə də indi xoşbəxtəm".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.