Şou-biznes

"Hamımız onlarla birgə məhv olacağıq" - Nura Suri

4 Fevral 2021 18:04
Baxış: 1 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Nura Suri suyun qiymətinin artırılmasından şikayətlənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda sosial şəbəkədə yazan sənətçi bunun hər şeyin bahalaşmasına təsir etdiyini bildirib:

"Bir çox insanın sahəsini suvarmağa imkanı çatmayacaq. Ağaclar məhv olacaq. Meyvələrin qiymətinə təsir edəcək. Əkinçilərin işi çətinləşəcək.

Pandemiya səbəbiylə insanların maddi vəziyyəti onsuz da yaxşı deyildi, indi daha da çətinləşəcək. Benzinin və suyun qiymətinin qalxması hamımıza təsir edəcək.

Tarif şurası verdiyi bu qərarı necə əsaslandırıb? Ağaclar öldükcə, hamımız onlarla birgə məhv olacağıq".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.