Şou-biznes

Qızım təmizdir, onun getdiyi 2 -3 yer var, hamısını bilirəm - Roza Zərgərli

27 Dekabr 2020 10:14
Baxış: 6 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sənətçi sosial şəbəkədə açıqlama videosu yayıb. 

Milli.Az Demokrat.az-a istinadən xəbər verir ki, o, qızı haqqında səsləndirilən iddiaların yalan olduğunu bildirib:

"Mənim üzərimə çirkab tökmək istədilər, amma sənət dostlarım mənə dəstək oldular. Kişi sənət dostlarım zəng edib dedilər ki, sənin də, qızının da qeyrətinə bələdik. Qadın sənətçilər isə ana kimi mənə dəstək oldular, sosial şəbəkədə paylaşımlar etdilər. 

Deyirlər ki, niyə susursan? Bu xəbər sifarişli olduğu üçün fikir bildirmirdim, məsələni araşdırırdım. Mənim tək bioloji övladım Bənövşədir. Ondan başqa üç övlad övladlığa götürmüşəm, onlar da həyatıma rəng qatıblar. Bənövşəyə təşəkkür edirəm ki, belə məsum, təmizdir. O belə düzgün tərbiyə olunmasaydı, yad övladları qəbul etməzdi. Bənövşə başqa uşaqları evinə, anasının həyatına qəbul etdi. Mənim qızım digər övladlarımı qəbul etdi. Belə ürəyə sahib qıza çirkab yaxmaq düzgündürmü? 

Mənim qızım üzünü, dodağını şişirtməyib, onun 2 -3 getdiyi yer var, hamısını bilirəm. Niyə sənət adamlarına əxlaqsız kimi baxırsınız? Onun heç nəyə ehtiyacı yoxdur. Hüquq-mühafizə orqanları bu məsələ ilə məşğuldur. Mən haqqımı tələb edəcəm. Hamı layiqli cavabını alacaq".

Xatırladaq ki, bəzi mətbu orqanlar müğənni Roza Zərgərlinin qızı Bənövşənin adını Bakıda bir ay əvvəl intihar edən iş adamı Ramin Əliyevlə hallandırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.