Şou-biznes

"Öz oğlumuz şəhid olsa evimizdə Şam ağacı bəzəyərdik?"

19 Dekabr 2020 14:29
Baxış: 2 984
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Təklif edirəm ki, bu il şəhidlərimizin xatirəsinə Şam ağacı bəzəməyək".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Xatirə İslam sosial şəbəkədə yazıb. İzləyicilərinə müraciət edən sənətçi Yeni il gecəsi bayram etməyəcəyini bildirib:

"Həmin gecə evimizdə ziyafət, çal-çağır, atəşfəşanlıq olmasın. Həmin gün hamımız özümüzü şəhid anasının yerinə qoyaq. Öz oğlumuz şəhid olsa evimizdə Şam ağacı bəzəyərdik? Hamımız şəhid anası, bacısıyıq. Ora xərclədiyimiz pulu hərəmiz bir bir şəhid ailəsinə kömək edək. Dostlarımdan kimsə bu savab əmələ qoşulmaq istəsə, mənə zəng etsin, düzgün istiqamət verəcəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.