Şou-biznes

"Onun dönüşü həyatımı qaytardı, yenidən xoşbəxt olacam"

3 Dekabr 2020 11:34
Baxış: 3 525
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Heç vaxt belə olmamışdım. Azadlığa çıxanda sevinmişdim, amma bu qədər deyildi. Qəribə hisslər yaşayıram.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Fədayə Laçın "Bizimləsən" verilişinə virtual qonaq olarkən deyib. Moskvada yaşayan sənətçi proqrama zəng edərək Laçının işğaldan azad olmasından danışıb:

"Rəsmi bilinəndən sonra təbriklərin əlində qaldım. Laçının gəlişi mənə hər şeyi, həyatımı qaytardı. Orada necə xoşbəxt idik. Bakıya gəldik başımıza nələr gəldi. Elə bilirəm ki, Laçına qayıdanda həmin xoşbəxtliyim qayıdacaq. Oradan gələndə 12 yaşım var idi. Yenə oradakı kimi xoşbəxt olacam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.