"Qardaşım birinci Qarabağ müharibəsində iştirak edib. Yaralanmışdı, həkimlər demişdi ki, qalmayacaq, qəlpə qaraciyərinə dəymişdi. Mənim üçün ağır idi, yadıma düşəndə kövrəlirəm. Həkim dedi ki, onun başının üstündə muğam oxu. Oxudum, gözümdən yaş gəlirdi".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Cabir Abdullayev "Ay Zaur"da qonaq olarkən deyib. Xanəndə birinci Qarabağ müharibəsindəki iştirakından, şəhid qardaşından danışıb:
"1992-1994-cü illərdə döyüşlərdə olmuşam. Bizim qucağımızda çox igidlər dünyasını dəyişib. Əsgərlərə konsertlər verirdim, nə qədər pul yığılırdı gətirib əsgər ailələrinə, şəhid ailələri üçün olan fonda verirdim. Bu hadisələr 1993-1994-cü illərdə olub. Öz toyumda belə mən kostyum yox, əsgər paltarı geyinmişdim".
Milli.Az