Şou-biznes

Kamil Zeynallı millimizin futbolçularından üzr istədi - VİDEO

7 Sentyabr 2020 18:34
Baxış: 6 466
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fitnes məşqçisi Kamil Zeynallı millimizin futbolçularından üzr istəyib.

O, "Instagram"da millimizin futbolçularını UEFA Millətlər Liqasının ilk oyununda Bakıda Lüksemburqa 1:2 hesabı ilə uduzmalarına görə təhqir etmişdi.

"Boynunuzu yerə soxum" deyən Kamil Zeynallı bu dəfə onlardan bu ifadəyə görə üzr istəyib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Kamil bunu əsəbi olması və daha sonra bu sözünə görə peşmanlıq keçirməsi ilə əlaqələndirib.

Kamil Zeynallı onu da qeyd edib ki, buna görə heç kim ona təzyiq etməyib. O, peşmançılığını AFFA-da və millidə dostlarının olması ilə əsaslandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.