Milli.Az xəbər portalına İstanbuldan telefonla açıqlama verən həmyerlimiz Günay Musayeva türk mətbuatında əri, tanınmış aktyor Tolga Karelin ona xəyanət etməsi ilə bağlı yazılmış xəbərləri təkzib etdi.
"Dekabrın 20-də Tolganı ziyafətə dəvət etmişdilər. Və israr edirdi ki, mən də onunla həmin tədbirə gedim. Hamilə olduğum üçün anlayış göstərdi və məni siqaret tüstülü, içkili insanların çox olacağı məkana aparmadı. Yayılan fotolarda həyat yoldaşımın bir vaxtlarda münasibətləri olmuş aktrisa Öykü Çeliklə, model Tuğba Melis Türklə paparassilərin obyektivlərinə tuş gəldiklərini inkar etmirəm. Siz də jurnalistsiz və yəqin, təsdiqləyərsiniz ki, "partladan xəbər" tapmaq bütün dünyada media mənsublarının əsas hədəfidir.
Sözüm ondadır ki, jurnalistlər xəbəri təhrif ediblər. Tolganın yanındakı digər dostları ilə fotolarını montaj edərək, yalnız qızlarla olanı yayımlayıblar. Əslində qızlardan biri Melisa ilə şəxsi tanışlığım var. Ailəmizə gəlib-gedən adamdır. Eyni məclisdə görüşüblər. Və bir masa kənarında düşmən kimi oturmayacaqdılar ki? İnanın, zərrə qədər də qısqanclıq hissi keçirmədim. Çünki ərim haraya getsə də, gecəni öz ailəsilə keçirir. Bir də Tolganın keçmişdə kimlərlə münasibəti olması qətiyyən məni narahat etmir. Əsas - bu gün və sabahla yaşamaq lazımdır. O, məni sevir. Mən də həyat yoldaşıma güvənib, etibar edirəm. Boş-boş söhbətlər əhvalımıza mənfi təsir göstərmir. İkimiz də səbrsizliklə dörd aydan sonra dünyaya gələcək oğlumuzu qucağımıza alacağımız günü gözləyirik", - Günay belə dedi.
Modelin sözlərinə görə, türk mətbuatının bəzi nümayəndələri şəxsi həyatlarına həddindən çox müdaxilə etdikləri üçün Tolga ilə birlikdə qərar veriblər ki, barələrində yazılan yalan xəbərlərin kökünü bundan sonra ailə vəkilləri diqqətdə saxlayacaqlar.
Şahin Cavadsoy
Milli.Az
Şou-biznes
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Model Günay Musayeva ona xəyanət edən əri haqqında danışdı - EKSKLÜZİV - FOTO
25 Dekabr 2011 09:30
0 Şərh
Baxış: 8 771

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ədliyyə Nazirliyinin polkovniki iş başında infarkt keçirdi
-
"Bizi robot sanırlar" - hönkür-hönkür AĞLADI – VİDEO
-
Arif Məmmədov Gürcüstanda qəfil vəfat etdi - FOTO
-
Sürücülərin yeni hiyləsi ifşa olundu - XƏBƏRDARLIQ
-
Tramp yeni seçkilər üçün əsas namizədi açıqladı - O, öndədir
-
Azərbaycanda məşhur professor vəfat etdi - FOTO
-
Avqust yalnız bu bürclər üçün ən xoşbəxt ay olacaq
-
Tanınmış aktrisa vəfat etdi - FOTO
-
Bu günün valyuta məzənnələri
-
"Fənərbağça" "Benfika"dan daha bir oyunçu ALDI: 25 milyona
-
Başqasının mənzilində məskunlaşmış neçə məcburi köçkün azad edilən ərazilərə köçürülüb? - AÇIQLAMA
-
Zidan Fransa millisini çalışdıracaq
-
Hamının sərinkeşlə bağlı etdiyi əsas səhv
-
Ofelyanın qardaşı da müğənniliyə BAŞLADI - VİDEO
-
Günvurma 1-2 saat ərzində ölümə səbəb ola bilər - AÇIQLAMA
-
Yayda üz dərisi səpkilərini necə müalicə etmək olar?
-
İnfarktdan əvvəl ürək necə xəbərdarlıq edir?
-
Günay tül geyimi ilə müzakirə yaratdı - FOTO
-
Maykl Ceksonun kirli corabları fantastik qiymətə satıldı - FOTO
-
7 yaşdan kiçik uşaqları bu içkilərdən uzaq tutun - Valideynlərə xəbərdarlıq
-
Qurban Qurbanovdan qələbə şərhi
-
Günün qoroskopu: Maddi baxımdan risk etməyə ehtiyac yoxdur
-
Minaya düşən şəxs MAXE imiş - FOTO
-
“Qarabağ” Şimali Makedoniya klubuna qalib gəldi - YENİLƏNİB - FOTO