Şou-biznes

“Etiraf edirəm ki, başıma gəlməyincə mən də koronavirusa inanmırdım” - Aygün Kazımova

27 İyun 2020 10:04
Baxış: 5 903
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Aygün Kazımovanın köməkçisi koronavirusa yoluxub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi bu barədə instaqram səhifəsində məlumat verib.  

Müğənni yaydığı videoda özünün də karantinə alındığını söyləyib: "Elə insanlar var ki, koronavirusun gerçəkliyinə inanmırlar. Etiraf edirəm ki, bu hadisə başıma gəlməyincə mən də inanmırdım. Birinci köməkçim, daha sonra anası, bacısı və bütün ailəsi yoluxdu.

Hətta köməkçimin ad gününü həkimlər ona xoş olsun deyə xəstəxanada keçirdilər. Həmin müddətdə mən də karatində oldum. Koronavirusa yoluxan hər bir azərbaycanlıya tezliklə şəfa diləyirəm. Biz bu çətinliyin öhtəsindən birlikdə gələcəyik".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.