"'Səmimiyyətimdən həyatıma yaxın buraxdığım insanlar çox olub''.
Milli.Az xəbər verir ki, bu sözləri müğənni Nazənin Salayeva "lent.az"ın canlı efirində deyib.
''Əgər mənə həyatımın müəyyən hissəsini silmək, dəyişmək imkanı verilsəydi, yaxına buraxdığım bəzi insanları özümdən uzaqlaşdırardım. Çünki, onlara yaxşılıq etdiyim üçün başım çox ağrıyıb. Ulduzluq həyatı yaşayıb, özümü əlçatmaz edərdim. Həddindən artıq həssas, kövrək insan olmuşam. Hər kəsə qayğı ilə yanaşmışam. Ancaq illər insanı bərkidir. Əvvəlki Nazənin deyiləm artıq''.
İfaçı müğənni üçün musiqi təhsilinin vacib olmadığını da deyib.
''Müğənninin musiqi təhsilinin, ali savadının olması vacib deyil. Adicə, İbrahim Tatlısesdən misal çəksəm, deyərəm ki, bu insan 6-cı sinfə qədər təhsil alıb. Buna baxmayaraq, o, bir ifaçı kimi bütün dünyada tanınır. Müğənnilərdə fitri istedad var. Bu, Allah vergisidir. Narazılıq edən şəxs də gərək şikayətini Allaha bildirsin.Çünki, istedad Allah tərəfindən insanlara doğulanda bəxş edilir".
Milli.Az