Şou-biznes

“Jara” təxirə salındı

8 İyun 2020 21:30
Baxış: 1 177
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu il 29 iyul - 2 avqust tarixləri arasında Bakıda  keçirilməsi planlaşdırılan "Jara" beynəlxalq musiqi festivalı təxirə salınıb.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, bu barədə tədbirin təşkilatçılarından biri - Xalq artisti Emin Ağalarov məlumat verib.

"Əziz dostlar, biz çox təəssüf edirik ki, koronavirus pandemiyası və onun bütün dünyada kütləvi tədbirlərin keçirilməsinə yaratdığı çətinliklər ucbatından biz Bakıdakı "Jara" musiqi festivalını 2021-ci il 28 iyul - 1 avqust tarixlərinə keçirməyə məcburuq", - Ağalarov İnstaqram hesabında yazıb.

Xalq artisti bildirib ki, gələn il keçiriləcək festivalın konsert proqramı və ora dəvət olunan artistlər dəyişilməz olaraq qalacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.