Şou-biznes

“Sonsuz xoşbəxtliyimin sirri sənin həyatımda olmağındır” - FOTO

21 May 2020 11:51
10 Şərh     Baxış: 5 128
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Eurovision- 2010" təmsilçimiz Safura Əlizadə sosial media hesabında üçüncü övladı Natiqlə fotosunu paylaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, buna səbəb isə bu gün Natiqin bir yaşının tamam olmasıdır.

O, oğlu ilə bölüşdüyü fotoya "Sonsuz xoşbəxtliyimin sirri sənin həyatımda olmağındır. Səni çox sevirik, ad günün mübarək, əzizim" sözlərini yazıb.

Qeyd edək ki, Safura övladına qayınatası, mərhum energetika naziri Natiq Əliyevin adını qoyub. Körpə ötən ilin bu günü Türkiyədə dünyaya göz açıb.

Onu da bildirək ki, biznesmen Fərhad Əliyevlə ailəli olan Safuranın İsgəndər adlı oğlu, Aişə adlı qızı da var.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.