Şou-biznes

"Artıq mənim də pulum qurtarıb" - Rəqsanə

18 May 2020 10:39
5 Şərh     Baxış: 3 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq ərzaq bitir. Heç kimə zəng edib deyə bilmirəm ki, yardım etsinlər. Qayıdırlar ki, artıq etdik, bəsdir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova İnstaqram-da canlı yayımda izləyicilərin suallarını cavablandırarkən deyib. Sənətçi bildirib ki, toyların olmaması onu da maddi sıxıntıya salıb:

"Demişdim mayın 31-nə kimi yardım edəcəm. Amma çatdırmıram, çox çətindir. Yenə də bacardığım qədər kömək edəcəm. Toy yoxdur, artıq pulum qurtarıb. Mənim gəlirim də ancaq toydan olurdu. Yoldaşımın işi var, gəlir onundur. Sağ olsun, nə qədər istəyirəm yardım edir. İmkanı olan şəxslər də artıq yardım etmirsə, qınamayaq. Gərək ürəyi istəsin etsin. Deyəndə, qayıdırlar ki, bir yerə qədər".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.