Şou-biznes

Nadir hazırda hicab taxan qadın müğənnini ifşa etdi: Toya biabırçı libasda gəlmişdi...

15 May 2020 12:39
4 Şərh     Baxış: 4 261
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Nadir Qafarzadə "Xəzər" televiziyasında "5/5" axşam şousunda qonaq olarkən toya gələn qadın müğənninin ayıbını ortalığa çıxarıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki,sənətçi ad çəkmədən, hazırda hicab bağlayan bir müğənninin toya geyindiyi açıq-saçıq libasını dəyişdirdiyini bildirib.

"Yanımda məclislərə gedən bir xanım müğənni var idi. Hazırda o, başına hicab bağlayıb, evdə oturur. Adını çəkmək istəmirəm. İkimiz bir toyda iştirak edirdik. Toya biabırçı bir libasda gəlmişdi. Paltarının yanları bütöv açıq idi. Amma o açıq hissələrin üzəri tüllə bəzənmişdi.

Həmin qadın müğənnini bu libasda görüb, onu yanıma çağırdım. Dedim ki, "Qızım bura toydur. Analar, bacılar, ailələr burada iştirak edir. Ayıbdır! Get başqa paltar geyin, gəl. Sağolsun, sözümdən çıxmadı. Gedib əynini dəyişib toya yenidən qayıtdı".

N.Qafarzadənin canlı efirdə bu açıqlaması verilişin aparıcısı Zaur Kamalı məəttəl qoyub.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.