Şou-biznes

"Türk məşhurları etdikləri yardımı çəkib göstərmirlər, ayıbdır"

29 Aprel 2020 15:40
11 Şərh     Baxış: 2 940
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Məlahət Abbasova imkansız ailələrə yardım edərkn görüntülərini paylaşanları tənqid edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Türkiyədə yaşayan aktrisa bu haqda İnstqramda canlı yayımda deyib. Bir ailəni himayəsinə alan Abbasova bildirib ki, onların adlarını açıqlamağı düzgün hesab etmir:

"Buranın mentaliteti fərqlidir. Burada yardımı demək ayıbdır. Türkiyəli məşhurlar nə qədər yardım edir: biri 100, biri 50, biri 500 min, biri 5 min ailəni himayəsinə alıb. Amma çəkib göstərmirlər, ayıbdır. Həmin insanların duası bəs edər. Bunu göstərmək doğru deyil.

Bir də indi kömək edib, sonra əlimi ailənin üstündən çəkim? Yardım edirsənsə, hər zaman et".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.