Şou-biznes

Aybəniz Haşımova: “Aynişanın toyunun görüntülərini izləyəndə bədənim çat-çat olur” - VİDEO

23 Aprel 2020 11:01
26 Şərh     Baxış: 6 014
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aynişana hər zaman deyirəm ki, sən məni anamdan daha çox istəyirsən.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri "Bülbüllər" qrupunun yaradıcısı, Əməkdar artist Aybəniz Haşımova ATV kanalında yayımlanan "Şou ATV" proqramında deyib.

Sənətçi fevral ayında ailə həyatı quran qızı Aynişan haqqında danışaraq, onun nümunəvi övlad olduğunu bildirib:

"İçimdə yaşanan təlatumlar yetərli idi. Qızım yaralarımın üstünü bağlayan qaysaqları qaşımadı, dərd vermədi. Hər zaman ona deyirəm ki, arzu edirəm, sənin özün kimi övladların olsun".

Veriliş boyunca Əməkdar artist qızı Aynişan Əliyevanın (Quliyeva) toy görüntülərini göz yaşları ilə seyr etdiyini dilə gətirib:

"Aynişan ata tərəfdən nənəsinin adını daşıyır. Oğlu şəhid olandan sonra o, ilk dəfə idi ki, qızımın toyunda qol qaldırıb, rəqs etdi.

Aynişanın toyundan öncə qaynımın qızının toyu oldu. Özünə desəydim, icazə verməyəcəkdi. Söylədim ki, gəl, toyda iştirak et. Qayınanam sözümü yerə salmadı, gəldi, amma o toyda rəqs etmədi.

İnanın ki, o görüntülərə baxanda, bədənim çat-çat olur. Həmin kadrları təkrar-təkrar izləyəndə çox kövrəlirəm. Özümdən asılı deyil".

Qeyd edək ki, A.Haşımovanın həyat yoldaşı Xalid Quliyev Qarabağ uğrunda döyüşlərdə şəhid olub, "Vətən uğrunda" medalı ilə təltif edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.