Şou-biznes

Eltonun xəstəxanadan FOTOları gündəm oldu

14 Sentyabr 2025 14:33
Baxış: 1 003
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya ulduzu Elton Con bu dəfə xəstəxana otağından foto paylaşaraq, gündəmə gəlib.

Milli.Az xəbər verir ki,  müğənni "Spinal Tap II: The End Continues" komediyasına maraq oyaqtmaq üçün son günlər instaqramda aktiv fotolar yayımlayır.

Şəkillərdə 78 yaşlı musiqiçi xəstəxana çarpayısında boynu fiksasiya yaxasında və hər iki ayağı gipsdə əks olunub. Onun palatası güllər və şarlarla bəzədilib. Elton Conun paylaşımı pərəstişkarlarını narahat edib. 

Onlar ifaçının səhhətində problem yarandığını düşünüblər. Az keçmədən müğənni fotoların səbəbini açıqlayıb. O bildirib ki, şəkillər layihədən lentə alınıb.  /Axşam.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.