"Üzeyir Hacıbəyov bu musiqini bizə qoyub gedib ki, eyvanda oxuyaq?"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ətrafımda olan bəzi dostlarım, xahiş edirəm, mənə ağıl və məsləhət verməyin ki, hamamda şeir de, qəzəl oxu, unitazın üstünə çıx əlini sabunla yu, eyvanda konsert ver. Bunlar hamısı düşüklükdür. Düşüklük etməyin!
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Ceyhun Əliyev həmkarlarının ünvanına deyib. Sənətçi koronavirus infeksiyasının yayıldığı ərəfədə sənət adamlarının fərqli "challenge"lər paylaşmasını tənqid edib. Ceyhun ad çəkmədən eyvanda konsert verən, vanna otağından görüntü yayan müğənniləri ələ salıb:
"Guya, böyük salonlarda hər ay konsert verməkdən birtəhər olmuşdunuz. İndi də böyük zallar bağlanıb, həsrət qalmısız, çıxmısız eyvana. Yəqin, efirə çıxa bilməyənlər də evdə televizorun üstünə çıxıb oxuyurlar.
Gündə biri zəng edir ki, blokun qabağında, eyvanda, evdə, mətbəxdə konsert təşkil edirik, oxuya bilərsiz? Ayıb deyil? Üzeyir Hacıbəyov, Şövkət Ələkbərova, Rəşid Behbudov bu musiqini bizə qoyub gedib ki, eyvanda konsert verək? Azərbaycan musiqisini bu qədər alçaltmayın. Yığışdırın bunları.
Giriblər hamamda şeir deyirlər, əl yuyurlar. Bunlar nədir? Sizin eyvanda yox, Heydər Əliyev Sarayında, Yaşıl Teatrda konsert verən vaxtınızdır. Oturun oturduğunuz yerdə".
Qeyd edək ki, Əməkdar artist Rəşad İlyasov, müğənnilər Nigar Camal, Eldar Qasımov eyvanda konsert verməklə gündəmə gəlmişdilər. Müğənnilər Nadir Qafarzadə, Xatirə İslam və digərləri isə vanna otağından görüntülər yaymaqla tənqid olunmuşdular.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb





