Şou-biznes

“Bunu efir üçün demirəm, onu həqiqətən də sevirəm”

12 Mart 2020 14:39
0 Şərh     Baxış: 4 044
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Əməkdar artist Manana Çaparidze 12 illik həyat yoldaşı Georgi Qabalavenin qəlbini fəth etməyə köməklik göstərən mahnısından danışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi bu barədə "Yanar Saat" radio proqramına qonaq olarkən bəhs edib. Manana, hətta toy günü iş adamına mahnı həsr etdiyini açıqlayıb:

"Azərbaycanlı bəstəkar İsa Məlikovun gözəl bir mahnısı ilə Georginin qəlbini fəth etmişəm. Sözləri mənə aiddir, gürcü dilində yazılıb. Həzin bir ifa idi. Şəxsən ona aiddir. Bundan əlavə, hörmətli bəstəkar Alxanlıya aid olan bir mahnı var. Toy günü Georgimə həsr elədim. Rus dilində "Sən və mən" adlanır. Həqiqətən də onu sevirəm. Efir üçün bunu demirəm. Hər dəfə belədir. Bu gün səhər mənə bu mövzuda da bir mesaj yazıb".

Qeyd edək ki, cütlüyün bu nikahdan David və Yelizabet adlı iki övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.