Şou-biznes

“Hamının mənə borcu var” - Rəqqasə Fatimədən etiraf - VİDEO - FOTO

13 Fevral 2020 18:59
6 Şərh     Baxış: 2 964
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi rəqqasə Fatimə Fətəliyeva olub.

Milli.Az xəbər verir ki, Rəqqasə Fatimə qardaşının toyuna gələnlərdən və gələn qonaqları nə qədər pul atmaqlarından danışıb. O, qeyd edib ki, qardaşının toyuna gələnlərin nə qədər pul atmasından asılı olmayaraq o, getdiyi toylara adına layiq pul atır:

"Anam qardaşımın toyuna gəlib pul atanların zərfini hələ də saxlayır. Mən bir dəfə də olsun hansısa toya gedəndə açıb o zərflərə baxmamışam ki, görüm kim mənim qardaşımın toyuna nə qədər pul atıb, mən də o qədər pul atım.

Hər zaman xeyirə-şərə yarıyan biri olmuşam. Düşmənim belə olsa məni xeyir işinə, şər işinə çağıranda getmişəm. Qardaşımın da toyuna gəlməyənlər oldu, amma buna baxmayaraq mən çalışıram ki, çağırıldığım yerlərə gedim və layiqincə iştirak edim. 15 il bundan öncə tövbə etmişəm borc verməyə, şükürlər olsun ki, borclu olduğum adam da yoxdur, əksinə hamının mənə borcu var".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.