Şou-biznes

Təranə və Musa 23 il sonra...

10 Fevral 2020 19:09
27 Şərh     Baxış: 9 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Təranə Qumral və Musa Musayev cütlüyü "Yalan dünya" adlı mahnısını təqdim edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, mahnının sözləri Məhəmməd Hüseyn Şəhriyara, musiqisi isə Musayevin özünə məxsusdur. M.Musayevin sözlərinə görə bəstə 23 il bundan əvvəl ərsəyə gəlib:

"Bu mahnını ilk olaraq 1998-ci ildə, "bacı" deyərək müraciət etdiyim Xalq artisti Zeynəb Xanlarova səsləndirib. Ondan sonra mən bu mahnını oxumadım. Çox gözəl özünəməxsus ifası ilə imzasını qoymuşdu. Sonradan gördüm ki, yaxın zamanlarda başqa-başqa müğənnilər də bu bəstəyə müraciət edib. Onlardan biri də Əməkdar artist Xumaq Qədimovadır. Qoy, yaxşı mahnını hamı ifa etsin. Onlardan bir xahişim var: O da müəllifin qeyd olunmasıdır".

Qeyd edək ki, mahnı cütlüyün rəsmi "YouTube" kanalında yayımlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.