Şou-biznes

“Yoldaşım deyir ki, ağzını bağlamalısan” - Xatirə İslam

29 Yanvar 2020 19:39
19 Şərh     Baxış: 5 357
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Xatirə İslam etdirdiyi liposaksiya əməliyyatının təsirinin keçdiyini, kökəldiyini bildirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, bu barədə "ATV maqazin onlarla" proqramında danışıb.

Sənətçi söyləyib ki, kilo almasının səbəbi iştahlı olmasıdır:

"Liposaksiya əməliyyatı etdirmişdim. Bir il keçib, təsiri yaxşı idi. Amma yeməyi sevən insanam. Yoldaşım deyirdi ki, bu əməliyyatla deyil, ağzını bağlamalısan. Bütün günü yaxşı restoranlarda yeyirəm. Ən çox şəkil çəkdirəndə əziyyət çəkirəm. Turala (qardaşı - red.) deyirəm ki, ömrün kəsilsin, çək də. Yazıq neyləsin?".

Qeyd edək ki, sənətçinin əməliyyatı sosial şəbəkə vasitəsilə canlı yayımlanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.