Şou-biznes

Damla bir müddət əvvəl yayılan saxta "18+" videosundan danışdı - İşimə pis təsir etdi

24 Yanvar 2020 12:34
8 Şərh     Baxış: 4 656
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Elə ləkə var ki, heç çıxmır. Eləsi də var suya atan kimi gedir. Hər şey geridə qaldı. Ondan sonra izləyicilərimin sevgisi azalmadı, əksinə çoxaldı".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Damla "5/5" verilişində deyib. Sənətçi bir müddət əvvəl yayılan "18+" videosundan bəhs edib. Damla videonun onun işinə çox təsir etdiyini bildirib.

Aparıcı Zaur Kamal Damlanın həmin videodan sonra 3 ay evdən çıxmadığını söyləyib. O bildirib ki, toy sahibləri də onu çağırmaqdan imtina ediblər:

"Damla ilə telefonda danışanda dedi ki, insanlar toy danışmışdı, indi istəmirlər, fırladırlar. Biri deyib, toy təxirə düşdü, o biri deyir, 5 ay sonra olacaq. Deyirdi ki, məni 3 ay evdə otuzdurdular".

"İllərdir mənimlə bağlı fikirlər dəyişmir: nə oxuyur, kimdir bunu dinləyən? Məni dinləyənlər həkim, alim ola bilməz ki... Məni sürücü, evdə oturan xanım da dinləyir. Kasıbı da, varlısı da başımın tacıdır" deyə, Damla cavab verib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.