Qızı Aynişan Quliyeva Əməkdar artist Aybəniz Haşımovanın gizli çəkilən videosunu yayımlayıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, müğənni yemək yeyərkən onu gizlin lentə alıb. Aynişan anasının pəhrizini pozduğunu vurğulayıb:
"Qoy eşitsin bütün cahan. Aybəniz kökəlir yaman. Anam toya dəhşət hazırlaşır. Pəhriz yeməklərini də yeyir, əlavə başqa yeməkləri də".
A.Haşımova isə ona "Sil onu. Yekə qızsan, utanmırsan? Əslində, azdır yediklərim. Qarşımda o boyda siyahı var idi. Hamıya bir-bir zəng edib, çağırıram" cavabını verib.
Qeyd edək ki, Aynişan Kənan adlı fitnes müəllimi ilə nişanlanıb. Cütlüyün toyu fevralın 1-dədir.
Milli.Az