Şou-biznes

Azərbaycanlı məşhuru mismarla öldürmək istədilər: Bilirəm bunu kim etdi - VİDEO

26 Dekabr 2019 11:31
4 Şərh     Baxış: 4 088
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Məşhur meyxanaçı Namiq Məna "Şou ATV"nin efirində tükürpədən açıqlama verib.

Milli.Az xəbər verir ki, sənətçi sənətdə yeni-yeni uğur qazanmağa başladığı bir vaxtda həyatına qəsd etmək istədiklərini bildirib.

Toyların birində yeməyinin içinə mismar atıldığını bildirib. 2 il ərzində boğazında mismar qaldığından xəbərsiz olan meyxanaçı, tez-tez təzyiqinin qalxmasından, ürək bulanmasından narahatçılıq keçirdiyini deyib. O, bütün orqanlarını müayinə etdirsə də sağlam olduğu deyilib. Sonda çöpçüyə üz tutan Namiq Məna boğazında mismar qaldığını öyrənib. Sənətçi mismarın boğazından çıxarılan zaman artıq paslandığını deyib.

Sənətçi onu öldürmək istəyən həmən şəxsin sənət adamı olduğunu, kimliyini bildiyini sözlərinə əlavə edib. 

Namiqin tükürpədən açıqlaması ətraflı videoda:

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.