Şou-biznes

48 yaşlı Nadir gəncləşmək üçün Tarkanın əməliyyatından etdirəcək

22 Aprel 2019 17:24
1 Şərh     Baxış: 2 402
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Nadir Qafarzadə plastik əməmliyyatla gəncləşmək sevgisinə düşüb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, 48 yaşlı sənətçi "ATV maqazin onlarla" verilişində bildirib ki, bunun üçün Tarkanın əməliyyatından etdirəcək:

"Bir klinika var, insanın hüceyrələrini gəncləşdirirlər. Vitaminlər əlavə edilir, ölmüş hüceyrələr dirilir. İsveçrədə yerləşir həmin klinika. Qiyməti 60 min avro, yəni 120 min manat. 50 yaşlı insanı 30 yaşa gətirirlər. 

Bunu mən Tarkandan eşitmişdim. Sən dırnaqdan tutmuş hər şeyə qədər tamaşaçının gözünü oxşamalısan. 60 min avronu verməyə hələ ürəyim gəlmir, 3 otaqlı evin puludur. Gələcəkdə məni gəncləşmiş görsəniz, bilin ki, etdirdim əməliyyatı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.