Şou-biznes

Azərbaycan şoumeninin toyuna kimlər və nə üçün gəlmədi? - FOTO

8 Aprel 2010 12:10
Baxış: 4 361
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalının məlumatına görə, "İnci" şadlıq sarayında baş tutan toyda Azərbaycanın demək olar ki, bütün şoumen və teleaparıcıları, populyar müğənniləri iştirak ediblər.
Xəbər verdiyimiz kimi, Nəsibin xanımı Pərvanə müğənni Səidə Sultanın bacısıdır.
Mərasimdə əksər tanınmış müğənnilər qonaqlar arasında idi - Röya, İlqar Muradov, Manana, Eyyub Yaqubov, Zülfiyyə Xanbabayeva, Namiq Qaraçuxurlu, Samira, Rəhim Rəhimli, Xumar Qədimova, Faiq Ağayev, "Şeron" qrupu, Zamiq, Elza Seyidcahan, Abbas, Sevda Ələkbərzadə, Tünar, şoumenlərdən Kamran Həsənli, Murad Dadaşov, aparıcı Kamilə Babayeva və başqaları. Toyun tamadaları isə Rafael və Coşğun idi.

Mərasimə qatılmayan populyarlar isə xalq artistləri Flora Kərimova, İlhamə Quliyeva və Brilliant Dadaşova idi. İlhamə Quliyevanın iştirak etməməsi çox güman ki, onun hazırda Türkiyədə olması ilə əlaqədardır. Hazırda Bakıda olan Brilliant Dadaşovanın toya gəlməməsini isə məclisdə Faiq Ağayevin də iştirak etməsi ilə əlaqələndirirlər. Belə ki, Brilliant Dadaşovanın Faiq Ağayevin olduğu heç bir məclisə qatılmadığı bildirilir. Toyda diqqət çəkən digər maraqlı məqam Faiq Ağayevin mahnı oxuyan zaman Zülfiyyə Xanbabayevanın məclisi tərk etməsi oldu. Həmkarı Brilliant xanım kimi Faiq Ağayevə görə toyu boykot etməyən Zülfiyyə xanım, amma bu küsülülüyünü və barışmazlığını onun ifası zamanı nümayiş etdirib.

Toyda iştirak etməyən aparıcı isə Azər Axşam oldu. Onun da Nəsib Nurla heç arası olmadığı bildirilir.

Leyla
Milli.Az

Uyğun link:

Küsülü müğənnilər Nəsib Nurun toyunda bir araya gələcəklər

--------------------------------------------------------------------------------

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.