Xalq artisti Aygün Kazımova və Brilliant Dadaşova eyni məkanda üz-üzə gəliblər.
Milli.Az axşam.az-a istinadən bildirir ki, "Buta palace"də keçirilən Yeni illə bağlı tədbirə qatılan küsülü müğənnilərin görüntüsünü Zamiq Hüseynov öz İnstaqramında yayımlayıb.
Müğənnilər gözləmə zalında yan-yana gəlməməyə çalışıblar.
Qeyd edək ki, bir vaxtlar yaxın rəfiqə olan Aygün və Brilliant uzun müddətdir küsülüdür.
Milli.Az