Şou-biznes

Tünzalə Ağayeva dünya ulduzlarının mahnılarını oxuyacaq

6 Aprel 2010 15:18
Baxış: 516
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əməkdar artist Tünzalə Ağayevanın may ayında Heydər Əliyev Sarayında solo konserti keçiriləcək. Müğənni sarayın səhnəsində "Buildinq our piece" adlı proqramla çıxış edəcək. Onun Milli.az portalına bildirdiyinə görə, bu, ənənəvi dünya və xalq musiqisi əsasında hazırlanmış müasir bir konsert proqramı olacaq. Konserti daha da maraqlı edən məqamlarından biri isə Tünzalə xanımın dünya ulduzlarının repertuarından mahnılar ifa etməsi olacaq. Hazırda seçilmiş mahnılar üzərində məşq edən sənətçi repertuarından oxuyacağı ulduzların adlarını çəkdi:

"Bu dəfə ənənələrdən bir qədər kənara çıxaraq, dünya ulduzlarının məşhur mahnılarını da səsləndirəcəm. Burada Tina Törner, Stiv Vander və Maykl Ceksonun adlarını çəkə bilərəm. Amma hansı mahnıların olacağını indidən söyləməyəcəm".

Xədicə
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.