Şou-biznes

"Onun gözəlliyinə aşiq olub oğlu ilə evləndim" - FOTO

14 Noyabr 2018 13:02
53 Şərh     Baxış: 24 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mən o evə gəlin gələndə bütün ətrafında olanlar ona deyirmiş ki, ondan sənə gəlin olmaz, müğənnidir, gözü yeri görmür. Neynirsən onu. O söhbətin üzərindən 27 il ötür. Hətta gəlinlər, qayınanalar var ki, evində yoldaşı ola-ola ər evinin bir adamını belə nə tanıyır, nə də tanımaq istəyir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova İnstaqram hesabında yazıb. Qayınanası Aynişan xanımdan danışan müğənni bunları qeyd edib:

"İndi o adamlara bir sual vermək istəyirəm. Niyə bilmədiyinizi danışırdınız? İndi siz özünüz hardasınız? Gəlin evə gəlməmiş onun yerini soyuq etmək üçün əlinizdən nə gəlirsə, onu edib, yerinə o ailə üçün onun kim olacağına xitam verib, hələ gəlməmiş artıq evə sanki bir yad gəlir kimi formalaşdırırsız?

27 il bir igidin ömrüdür. Kaş ki, öz qızınız sizi qayınanamın məni, mənim onu sevdiyim kimi sevsə...  Qayınanam mən xəstə olanda elə qulluq edib ki, onu bəzən doğma analar öz övladı üçün etmir. Qayınanam dünyanın ən gözəl qadınıdır. Dünya rəssamları onun gözəlliyini görsələr, bəlkə də əsl Madonna adlandırardılar. Şəxsən onun gözəlliyinə aşiq olub oğlu ilə evlənmişəm.

Xəstəxanada yatanda anam bircə dəfə də olsun yanıma gəlmədi. Amma qayınanam hər gün yanımda idi. Hətta həkimlər indiyə kimi elə bilirlər ki, anam idi".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.