Şou-biznes

"Düşmənlərim, paxıllar, içi qurdlular..." - Ayan

17 Oktyabr 2018 11:42
8 Şərh     Baxış: 3 984
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Ayan Babakişiyeva son günlər geyimləri, yeni avtomobili və bahalı çantası ilə gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçinin əşyalarının qiymətləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Ayan ünvanına tənqid yazanlara sərt cavab verib:

"Əzizlərim, canlarım, dostlarım, düşmənlərim, sevənlər, sevməyənlər, paxıllar, içi qurdlular, bir söz demək istəyirəm. Selena demiş: "Mənim çantam, maşınım, ayaqqabım, evim, ya da yaşadığım həyat heç kimi narahat etməsin".

Niyə? Çünki mənə pis olanda, ya da yaxşı olanda bu həyatı özüm yaşayıram. Heç kimə də hesab vermirəm. Hər kəs öz həyatına baxsa, birini tənqid etmədən yaşasa, məncə, uğurları daha çox olar. Gəlin bu qədər kinli olmayaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.