Şou-biznes

Rəqqasə Fatimə: "Xəyanəti bağışlayırdım, bundan sonra..." - FOTO

16 May 2018 21:01
8 Şərh     Baxış: 4 651

Rəqqasə Fatimə Fətəliyevanın Milli.Az-a müsahibəsi.

- Fatimə xanım, rəqs etmək asandır, yoxsa rəqsi öyrətmək?

- Rəqs etməyə baxanda rəqs öyrətmək daha çətindir. Əsasən də kütlə ilə işləmək. Kütlə ilə, uşaqlarla işləmək daha çətindir.

- Tələbələriniz sizdən daha məşhur olar deyə qısqanclığınız yoxdur ki?

- Mənə rəqsi ustad rəqqasə Aliyə Ramazanlı öyrədib, vaxtilə mənə çox dəstək olub. Onun heç vaxt əməyini itirməyəcəyəm. Elə müəllimlər də olub ki, rəqsi öyrədiblər, sonra peşman olublar. Bu günə qədər də məni gözləri götürmür. Mən heç vaxt tələbələrimi qısqanmaram. Buna heç vaxtım da yoxdur.

- Rəqqasəliklə yanaşı mahnı da oxuyursunuz. Ola bilər mahnı oxumaq sizə rəqsi unutdursun?

- Mən xına işinə başlayanda düşünmürdüm ki, mahnı oxuyacağam. Sonradan düşünürdüm ki, niyə bunu mən özüm etməyim? Axı mən azərbaycanlı qızıyam, rəqslərimizi təmsil edirəm. Daha da maraqlı olmaq üçün, müğənni dostlarıma müraciət etdim. İlk bu sahədə mənə Nadir Qafarzadə kömək etdi.

- Belə başa düşdüm ki, oxumaq məhz xına üçün nəzərdə tutulub.

- Bəli, sırf xına mərasimlərində oxuyuram. Amma bir də görürsünüz ki, menecerimə zəng edirlər ki, yarım saatı neçəyə gedir toya? (gülür).

- Gedirsiniz?

- Getmirəm, amma yaxşı qonorar versələr, gedərəm (gülür).

- Bir ara müğənnilər arasında toy müharibəsi gedirdi, indi isə xınayaxdı savaşı başlayıb.

- Mən bu sahədə nömrə birəm (gülür).

- Bir rəqqasə kimi həmkarlarınızdan fərqiniz nədir?

- Mən daha çox milli rəqslər ifa edirəm. Hind rəqsləri də ifamda seyrəkləşib. Çünki qızım qoymur oynamağa. Anam həmişə deyir ki, hind rəqsi et, amma evdəkilər icazə vermir.

- Bir ana kimi özünüzü mükəmməl ana adlandıra bilərsiniz?

- Mən çox zəhmətkeş anayam. Gözümü açandan, ana olan gündən yalnız özümü yox, övladımı düşünmüşəm. Aydanımı bir Allah bilir ki, necə əziyyətlə böyütmüşəm. Mən gənc yaşında ana olmuşam. Qızımla birlikdə gedəndə bilinmir ki, hansımız anayıq, hansımız bala.

- Ətrafınızdakı insanların xəyanətini bağışlayırsınız?

- Düzünü desəm, bu vaxta kimi xəyanəti bağışlayırdım, bundan sonra özümə söz vermişəm ki, heç vaxt bağışlamayacağam.

- Bəzən qalmaqallarda adınız çəkilir. Bu qalmaqallara necə düşürsünüz?

- Mənim yanımda kimsə qeybət qılanda onu yadımda saxlamıram. Bu haqda yaddaşım yoxdur. Amma insanlar var ki, betərdir. Onu bəzəyib-düzəyib, başqa cür çatdırırlar ki, kimisə vursunlar. Kiminsə gözündən, kimisə salsınlar. Pislik kimə qalır? Əlbəttə ki, həmin insanlara.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Sebr · 16 May 21:1331

    Xəyanəti bağışlamaq olmaz!!Mən bağışlamadım heç vaxt da keçmərəm!

    Cavab yaz
  • Anonim
    ❤❤ .. Emmaa ..❤❤ · 16 May 21:1963

    Özüne hormet eden xanım ... Xeyanet iii bağışlamaz !!...

    Cavab yaz
    • Anonim
      Men · 16 May 21:38111

      Amma men bagışlayıram bilirem bilmezliye vururam ne edim balalarım var oları atasız qoya bilmerem hemde bu çetin zamanede tek uşaq böyüde bilmerem bu da menim fikrimdi bilmirem sehv edirem ya düz

      Cavab yaz
      • Anonim
        Yağmur · 16 May 21:5364

        Mənə- sizə həqiqətən afərin! Şəxsən mən dözə bilmərəm! Bağışlamaram heç,baxmaram uşaqlıyam nəyəm!..

        Cavab yaz
        • Anonim
          Nurlana · 16 May 23:0721

          Seninle tam raziyam. Mende hec vaxt bagishlamaram

          Cavab yaz
      • Anonim
        Mene · 17 May 12:4400

        Agilli adamsiź aileni dagidib neyniyeceysiz kiwini azad buraxasiz vessalam . Uwaqlara gore dozmek olar cunki zamanladi bu .

        Cavab yaz
  • Anonim
    Zeynäb · 17 May 01:1230

    1 defe xeyanata gòre aile dagitmax olmaz. Bu menim fikrimdir. Belke subayam ona gòre bele fikirlaşirem

    Cavab yaz
    • Anonim
      Arzu · 17 May 09:4100

      Usaqlar balaca olanda xeyanetini tutdum ona gorede doyuldum usaqlara gore yene ailemi dagutmadum indi usaqlarim boyuyub yene xeyanetle uzlesdim artiq doze bılmırem heyatımdan bezmısem

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.