Şou-biznes

Aşıq Əli bu xanıma görə dəyişib - AÇIQLAMA - FOTO

9 Yanvar 2018 17:52
10 Şərh     Baxış: 26 587

Son günlər aşıq Əlinin arıqlayaraq çəki atması şayiələrə yol açıb. Bu şayiələrin içində Əlinin əməliyyatla çəki atmasına da rast gəlinir. 

Aşıq Əlinin duet ortağı, əməkdar mədəniyyət işçisi aşıq Samirə Əliyeva Milli.Az-a bu haqda açıqlama verib.

"Hər dəfə ona deyirdik ki, Əli, arıqla, amma Əli bizə heç qulaq asmırdı. İstər mən, istər dostları, istərsə də ailəsi tərəfdən ona sərt təpki var idi. Əlinin yaxın ətrafı öz üzərinə bir sözlə öhdəçilik götürmüşdü ki, ona mənəvi dəstək olsun. Mən də öz üzərimə düşən öhdəçiliyi yerinə yetirirdim. Belə ki, mənimlə toylarda birgə olanda onun yeməyinə nəzarət edirdim, ondan dəstəyimi əsirgəmirdim. Çünki özüm çəki atma prossesini yaşamışam, ən azı praktikam var. Bu nəinki vizual görünüş, Əlinin sağlamlığı üçün də yaxşıdır. Axır ki, köhnə şəkillərini ona göstərə-göstərə onu arıqlatdıq (gülür). Ona artıq çəki olmazdı. Ailəsi də narahat idi, birləşib üstünə düşdük. Cavandır, hələ 29 yaşı var. Ona görə də tez arıqladı. Mən öz köhnə fotolarımı Əliyə göstərə-göstərə onu məcbur etdim ki, arıqlasın. Günbəgün necə arıqladığını gördü. Əlini yalnız belə həvəsə gətirmək olardı. Özümü dəyişdiyim kimi Əlini də nəhayət ki, dəyişdim (gülür). Bəzən mənə də sosial şəbəkələrdə sual ünvanlayırlar ki, əməliyyat etdirmisən? Həqiqətən də əvvəl necə idik, indi necəyik. Bu da bizim dəmir iradəmizdən asılı oldu" deyə aşıq bildirib.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    malades · 9 Yanvar 18:0551

    MMMMMMMMMM.... malades......

    Cavab yaz
  • Anonim
    Anonim · 9 Yanvar 19:2530

    Nəəəəqədər arıqlayıb e dəyişib çox deməli hərşeyə çarə var Bəs niyə o biri köklərdə bu yola əl atmırlar

    Cavab yaz
  • Anonim
    R · 9 Yanvar 20:2840

    Kök adam birden bire ariqlayanda ne pis görsenir amma yenede yaxwi elyib ariqlamaq yaxwidi köklüyün hrç neye ceyri yoxdu

    Cavab yaz
  • Anonim
    Nura · 9 Yanvar 20:4811

    Mende 68 kiloyam ariqlamaq isdeyirem ....

    Cavab yaz
    • Anonim
      $.$.$. · 9 Yanvar 21:0340

      kökluk xəstəlik mənbəyidir. şəkər infarkt. qan təzyiqi xərcəng kimi xəstəliklərə yol acır kökluk. hamıya saqlam olmaq və saqlam həyat tərzi yaşamaq arzulayıram.

      Cavab yaz
  • Anonim
    .) · 9 Yanvar 20:5841

    Qarderobunu təzələməli olacaq Əli,bəs o palatqa boyda kostyumlarini hara eliyəcək))))

    Cavab yaz
  • Anonim
    emil · 9 Yanvar 22:0040

    ariqlamagin caresi:yeterki agzini bagli saxlayasan

    Cavab yaz
  • Anonim
    Hemayil xanim · 9 Yanvar 22:5130

    Bele yaxwidir, amma cox ariqlamasin,

    Cavab yaz
  • Anonim
    Heyat · 9 Yanvar 23:4800

    Eli ele bil titretme qizdirmadan durub

    Cavab yaz
  • Anonim
    ESMERIM · 10 Yanvar 09:3510

    INDI AC QALMADANDA ARIXLAMAX OLUR.HAMI ARIXLADI BIR QALDI TOPPUS ODA ARIXLASA ELA OLARDI

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.