Xəbər verdiyimiz kimi, müğənni Xatun Milli.Az xəbər portalına müsahibəsində Nura Suri, Səidə Sultan və Natəvan Həbibi haqda açıqlama verib. İfaçı müsahibəsində Röyanı heç bir müğənni ilə müqayisə etməməyə çağırıb.
"Guya Nura Suri ilə Səidə Sultan ulduzdurlar? Heç Natəvan Həbibi də ulduz deyil" deyən müğənninin cavabı özünü çox gözlətməyib.
Nura ona cavab verməsə də, Səidə susmaq bilmədi. Səidənin dedikləri bəs etmədi ki, ardınca Natəvanın köməkçisi klipmeyker Zorik (Zöhrab Ağayev) açıqlama verərək müğənni haqda xoşagəlməz ifadələr səsləndirib.
Bütün yazılanlardan sonra Xatun bədxahlarından hədələyici mesaj alıb. Onu yenidən danışmağa elə sözügedən hədələyici mesaj məcbur edib. Qarşı tərəfin açıqlamalarını səbrlə oxuyan müğənni Milli.Az xəbər portalı vasitəsi ilə onlara təmkinlə cavab verib:
"Mənə biganə qalmayan illərin "sənətkarlarına" əvvəlcədən minnətdarlığımı bildirirəm. Müsahibəmdən sonra mənə hədələyici sms gəldi. Başa düşmürəm, bu nədir belə, dərəbəylikdir bəyəm? Çirkinləşməsinlər, mən onları təhqir və tənqid etməmişəm.
Sadə, asan bir suala gördüklərimə, eşitdiklərimə əsasən obyektiv cavab vermişəm. Belə də ki, ulduzu bütün Azərbaycan tanımalıdır. Bu üç müğənnini Röya kimi Azərbaycan bölgələrində tanımırlar. Bir otaqda ulduz olmaq olar. Mahnı da xitə çevrilər, niyə də yox? Əgər Azərbaycanda ulduz reklam çarxlarının mahnısını ifa etməklə, türk mahnısının orijinalındakı səsi sildirib üstünə oxumaqla, başqasının mahnısını eyni aranjmanda səsləndirməklə ölçülürsə, qoy onlar ulduz olsunlar.
Müğənni iddia edir ki, Natəvan Həbibinin ulduz olmamasını elə Zorik özü deyib: "Vallah o fikri də yanındakı "zombi" yayıb. Natavanla dalaşanda mənə dedi ki, "Bacı, sən üç ilin müğənnisisən. Amma səni hamı tanıyır. Biz Natəvanla rayona gedəndə onu tanımırdılar". Yəni bu fikrim oradan qaynaqlanır axı".
Xatun Zorikin müğənninin əvvəllər işlədiyi Rəhman haqda dediyi sözlərə də cavab verib:
"Mən nankor insan deyiləm. Rəhman Əliyevlə, Hüseyn Cavadzadə ilə çox səmimi və hörmətli münasibətim var. Mənim haqqımda dediyi yalan və cəfəngiyyatdır".
Zorik açıqlamasında "Get, toylarını oxu" deyib. Müğənni bu fikrə də cavab verib:
"Özünü ulduz sayan müğənnidən biri məni görüb toya getdiyimi soruşdu. Mən də bütün toyu qonorarla aparacağımı dedim. O isə yaman təəccübləndi. "Mənim bu gün dörd dənə pulsuz toyum var. Bütün toyu apara bilmərəm. Çünki hər dəqiqə düşüb siqaret çəkirəm. Ev yiyəsi məni öldürər". Ancaq o daha demir ki, səsinin gücü buna imkan vermir. Hər müğənnini toya çağırırlar? Toy ailə tədbiridir, arzulu gün olduğu üçün ora çağırılan da ailə içinə buraxılan, toy yiyəsinin ailəsində olan xanımlara bənzəyən müğənni olmalıdır. Səhnə ayrı, toy ayrı. Toy, Azərbaycan müğənnisinin iş yeridir, savadsız zombi".
Müğənni açıqlamasında Sevda Yəhyayevadan da söz açıb: "Röyanı qoydum bir qırağa. Onlar heç Sevda Yəhyayevanın etdiklərini bacarmayıblar. Onlar sevinsinlər ki Röya ilə müqayisə olunublar. Bu "sənətkarlar" Sevda ilə belə müqayisə oluna bilməzlər. Məncə, bunlara baxanda Sevda 100 faiz ulduzdur.
Sonda demək istəyirəm ki, onlar ulduz olsaydılar, səssiz durub, bir zaman Röyanın susduğu kimi susub, məni yandırardılar. Onlarla paylaşdığım efir məkanı və ya konsert səhnəsi ola bilər. Toy demirəm, çünki o qədər təkəbbürlüdürlər ki, Allah saxlamışlar, nə gülər üz, nə pozitiv enerji, nə də canlı ifaları olmadığı üçün toy yiyəsi onları çağırmır" - deyə müğənni bildirib.
Mələk
Milli.Az
Şou-biznes
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanlı müğənni və klipmeyker arasında qalmaqal böyüyür: "Toy, müğənninin iş yeridir, savadsız zombi"
26 İyul 2011 12:33
Baxış: 483

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zamiq qazancını buna xərcləyir
-
Azərbaycanda gəlinliklər niyə bahadır? - VİDEO
-
Arıqlama dərmanlarının ölümcül təsirləri: Mütəxəssislərdən xəbərdarlıq
-
Nəm salfetlər təhlükəlidirmi?
-
Dərinin qocalmasını ləngidən vitamin açıqlandı
-
Alimlər qoxunun xoş və ya xoşagəlməz olmasına beynin necə qərar verdiyini kəşf ediblər
-
Gənələrdən necə qorunmalı? - Sadə tədbirlər həyat xilas edə bilər
-
Xərçəngin bu növü Y nəslinin yeni kabusuna çevrilib
-
Avtomobilə uyğun yağı necə seçmək olar? - VİDEO
-
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
-
18 aylıq cəzadan sonra yenidən futbolda - göz yaşları sel oldu - VİDEO
-
Günün qoroskopu: güclü motivasiya hiss edəcəksiniz
-
Cəsədi Hövsandan tapılan gəncin əmisi danışdı - "Maşına baxırmış..." - VİDEO
-
Rusiyanın çirkin imperializmi: Azərbaycanlılara qarşı yeni aqressiya dalğası
-
Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
-
"Hyundai"nin bu modelində ciddi problem aşkarlandı - Bakının benzininə "dözmür" - VİDEO
-
Rusiya nə etmək istəyir?
-
Türk Ordusuna hücum oldu - Yaralananlar var
-
Daha bir rayonda yasda ehsan verilməsi ləğv edildi
-
Rusiya baş nazirinin müavini Aleksey Overçukun Azərbaycana səfəri ləğv olunub
-
Benzema aktrisa ilə evlənir
-
Stress "evimizi yıxır"
-
Cümşüd tanınmış şirkətin əməkdaşı imiş - FOTO
-
“Neftçi” növbəti transferini açıqladı