Şou-biznes

Mehriban Xanlarova "Maşın" şoudan getdi? - VİDEO

16 Oktyabr 2017 12:29
6 Şərh     Baxış: 12 918
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Akademik Milli Dram Teatrında "Çippolino" tamaşası oynanılıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, gənc rejissor Əlif Cahangirlinin hazırladığı tamaşa böyük maraqla qarşılanıb.

Maraq doğuran digər məqam isə hazırda "Maşın" şouda iştirak edən əməkdar artist Mehriban Xanlarovanın səhnəyə çıxması olub. O, albalı obrazını canlandırıb.

Rejissor Əlif Cahangirli əməkdaşımızla söhbətində bunları deyib: "Mehriban Xanlarova teatrımızın təcrübəli və sevilən aktrisalarındandır. Bildiyiniz kimi, hazırda "Maşın" şouda iştirak edir. Ancaq onun əsas iş yeri Akademik Milli Dram Teatrıdır. Ona görə də öncədən belə bir razılaşmamız oldu ki, tamaşalarda iştirak edəcək. Eyni zamanda, həmin şouda da iştirakı davam edir".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mehriban Xanlarova

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.