Şou-biznes

"Məşhurlar və övladları"

17 Avqust 2017 12:31
Baxış: 2 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heydər Əliyev Sarayı daha bir yeni layihə təqdim edir. "Məşhurlar və övladları" adlı konsert proqramı sentyabrın 23-də baş tutacaq.

İlk dəfə keçiriləcək layihədə Respublikanın xalq artistləri Şahnaz Haşımova - oğlu Tural Abdullayev, Gülyaz Məmmədova - oğlu Ramazan Şərifzadə, Ramiz Novruz - oğlu Cavidan Novruz, Şəfiqə Eyvazova - qızı Mehri Əsədullayeva, Əməkdar İncəsənət xadimi Aqil Məlikov - oğlu Hüseyn Məlikov, Əməkdar artistlər Nuriyyə Hüseynova - qızı Çilənay Bədəlova, Teyyub Aslanov - oğlu Nicat Aslanov, Elza Seyidcahan - oğlu Ələkbər Qasımov, Aşıq Ulduz - qızı Sədaqət Ulduz, Çingiz Əhmədov - oğlu İbrahim Əhmədov, tanınmış müğənnilər Könül Kərimova - oğlu Rəşad Məmmədov, Aşıq Zülfiyyə - oğlu Babək Quluzadə, Rüfət Axundov - oğlu Məhəmmədəli Axundov, Emil Bədəlov - qızı Səadət Bədəlova, Elxan Qaraxanoğlu - oğlu Ayxan Şirinov, Rəna Talıbova - oğlu Nicat Cəfərzadə və başqaları iştirak edəcəklər.

Layihənin xüsusi qonaqları qismində xalq artisti Faiq Ağayev, əməkdar artist Aybəniz Haşımova, Nadir Qafarzadə və Vüqar Əbdülov (meyxana) çıxış edəcəklər.
Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-40 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.
Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.