Qədim inanclara görə, çərşənbə olan torpaq çərşəndəsi günündə insanlar qulaq falına çıxır, evdə fal açır və gələcəkləri ilə bağlı nəyisə öyrənməyə çalışırlar. Fala adi günlərdə biganə qalmayan sənət adamları yəqin nə vaxtsa, lap elə bu gün axır çərşənbənin falından bəhrənəcəklər.
Milli.Az xəbər portalı kiçik sorğu apararaq müğənnilərimizin bu məsələ ilə bağlı fikirlərini öyrənib.
Bu günlərdə Türkiyədən Bakıya gələn xalq artisti Brilyant Dadaşova artıq fal açmağın onun üçün keçmişdə qaldığını bildirdi. Amma axır çərşənbə falının onun üçün həmişə maraqlı olduğunu dedi. Ən maraqlı xatirəsini isə bizə danışdı:
"1988-ci ildə Bakıdan Naxçıvana qastrol səfərinə getmişdik. Biz Muxtar Respublikanın mədəniyyət nazirliyinin bayram münasibəti ilə təşkil edəcəyi konsertlərdə çıxış edəcəkdik. Axır çərşənbəyə düşən konsertlərin birinin yekunundan sonra qaldığımız mehmanxanaya doğru gedirdik. Yavaş-yavaş şər qarışırdı. Muxtar Respublikanın mədəniyyət naziri də bizimlə idi. Birdən sıradan kənara qalıb, qapı busmaq qərarına gəldim. Fikrimdə sənətimlə bağlı arzu tutmuşdum, amma qapıdan "a bala, xoşbəxt olasan" sözünü eşitdim. Gülə-gülə çıxıb getdim. Ağlıma da gəlmirdi ki, iki aydan sonra ailə həyatı quracam. Evlənmək işi qəfil oldu".
Brilliyant xanım çərşənbə axşamı duzlu kökə yemək falını da sınayıb və deyir ki, yuxuda gördüklərinin əksəriyyəti gerçək yozulub.
Brilyant xanımın yaxın rəfiqəsi kimi tanıdığımız xalq artisti Aygün Kazımova sonunucu dəfə qapı busub, fala baxdığının tarixini dəqiq xatırlamasa da, buna böyük marağının olduğunu gizlətmədi:
"Tələbəlik illərində daha çox qapı busmuşam. Qızlarla fala da baxırdıq. Əsasən üzük falına. Bir dəfə məndə üzüyün kasada fırlanma sayı 30-dan yuxarı qalxdı, sonradan öyrəndim ki, qızlar mənimlə zarafat ediblər. Əksinə, mən tez ailə həyatı qurdum. Amma ömrü uzun çəkmədi. Ondan sonra demək olar ki, fala baxmıram. Amma bayram axşamı papaq atmaq xoşuma gəlir. Elə indi fikirləşirəm ki, bayram axşamı kimin qapısına papaq atım?".
Müğənni İradə İbrahimova da çərşənbə axşamı ən sevdiyi fallardan birinin üzük falı olduğunu bildirdi. Müğənni deyir ki, bunu bir neçə dəfə sınaqdan çıxarıb və fal onu yanıltmayıb:
"Bir dəfə qızlara dedim ki, gəlin analarımızın adı ilə baxaq, onların neçə yaşında ailə həyatı qurduqları falda özünü göstərdi. Ondan sonra bu fala marağım və inamım artdı. Məndə də 29 yaş göstərmişdi. Düz çıxdı. Amma düzünü deyim ki, qapı falına bir o qədər çıxmamışam. Papaq atmağı və tonqaldan tullanmağı çox sevirəm. Bir də bayram günlərində burnuma baharın qoxusu gəlir. Mart ayı yaxınlaşanda bu günü səbirsizliklə gözləyirəm".
Artıq bizim adət-ənənələrə alışan gürcü qızı Manana da qulaq falına çıxıb. O, deyir ki, Bakıya gəldiyi ilk illərdə çərşənbə axşamı fal açıldığı barədə öyrənib. Birinci ili səbrini basan sənətçi, növbəti il qızlara qoşularaq qapı busmağa gedib. Əvvəlcə o, Azərbaycan dilində nə deyildiyini başa düşməsə də, rəfiqələri ona yardımçı olub. Müğənni sənəti ilə bağlı dilək tutub və dedyinə görə, xoş sözlər eşidib.
"Əgər utanmasam indi də qulaq falına çıxaram. Amma bir qız anasının qapı busmağı yaxşı sayılmaz. Amma bayram axşamı çoxlu niyyət tutacam" - deyə Manana bildirdi.
Axır çərşənbənin falına inananlardan biri də müğənni Xatirə İslamdır. O, deyir ki, sənətə gəldiyi ilk illərdə qapı busarkən məhz gələcək karyerasını düşünüb:
"Sonradan anladım ki, eşitdiklərim düz çıxır. Başladım hər il qulaq falına çıxmağa. Hətta bu günə qədər qulaq falından qalmıram. Ən çox inandığım budur. Amma digər fallara o qədər marağım yoxdur".
Müğənni Elnarə isə deyir ki, axır çərşənbədə onun inamını qazanan fallardan ən birincisi üzük falı olub. Hər il onun üzüyü fırlanaraq 26-da dayanıb. Həmin yaşda ailə həyatı quran müğənni yaxın rəfiqələrini də bu fala inandırıb:
"Daha həmin fala baxmıram. Çünki deyirlər, bu fal daha çox ailə həyatı qurmaq istəyən qızlar üçündür. Amma bu gün qapı busacam. Papaq atmaq daha çox xoşuma gəlir. Oğlum balacadır, yəqin qızımla papaq atarıq".
Əməkdar artist Sevda Ələkbərzadə isə qədim inanclara bir o qədər maraq göstərmir. Vaxtilə qızların təkidi ilə qulaq falına çıxdığını deyən müğənni, eşitdiklərini elə oradaca unudub:
"Fal işi yetgin gənclər üçün daha maraqlıdır. Onlar gələcəkləri ilə bağlı nəyisə öyrənməyə maraqlıdırlar. Mən bir az böyüyəndən sonra başa düşdüm ki, fal sadəcə simvolik məna daşıyır. Qisməti yazan tanırıdır və falla bunu öyrənmək və dəyişmək mümkünsüzdür".
Müğənni Xuraman Şuşalı heç adi günlərdə də az fala baxdırmayıb. Axır çərşənbənin falına isə o, xüsusilə inanır:
"Sonuncu dəfə qızlarla qapı tərəfə başmaq atdıq, mənim başmağım qapıya bir az yaxın düşdü. Düzdü həmin il toy hazırlıqlarım oldu, amma bu iş baş tutmadı. Qapı falına da inanıram. Bir neçə dəfə yaxşı sözlər eşitmişəm və bu, sənətimdə özünü göstərib. Amma şəxsi həyatla bağlı niyyət tutmamışam. Ehtiyat edirəm ki, yaxşı söz eşitmərəm".
Xədicə
Milli.Az
Şou-biznes
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Müğənnilərimizin Novruz falları
16 Mart 2010 09:50
Baxış: 8 445

DİGƏR XƏBƏRLƏR
-
“Fənərləri sınmış küçələr”in aktyoru vəfat etdi
-
Tanınmış aktrisanı gənə dişlədi, xəstəxanaya yatırıldı - FOTO
-
Azərbaycanlı məşhurların xəyanət dramları – Siyahıda kimlər var?
-
"Elçi gedəndə oğluma dedim ki, üzümü qara etmə"
-
Vahid Əliyev Röyanı tənqid etdi: Atan soğan, anan sarımsaq... - FOTO
-
Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
XƏBƏR LENTİ
-
Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək?
-
Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq
-
Şəkidə arvadını öldürən tutuldu
-
İlon Maskın keçmiş sevgilisi Trampa açıq dəstək təklif etdi
-
Əməkdar artist vəfat etdi - FOTO
-
Azadlıq yox, ideoloji silah: Aİ “Azadlıq Radiosu”nu informasiya silahına çevirir
-
Kamaləddin Qafarov: “Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir”
-
Şamaxı və Xızıda zəlzələ olub - YENİLƏNİB
-
Uşaqlarının gözü önündə analarını öldürdü
-
Osakada keçirilən “Ekspo 2025” dünya sərgisində Azərbaycan Milli Günü təşkil olunub - FOTO
-
Bu gün bu avtobuslar pulsuz olacaq
-
Kürü istehsalında rekord artım: Hamı dada biləcək?
-
Paşinyan katolikosa qarşı: seçkidən öncə son döyüş
-
Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda ailələrə qurban payları çatdırılıb - FOTO
-
Kiyevi raketlə vurdular: ölənlər və yaralananlar var - FOTO
-
Bir sıra bələdiyyə torpaqları satışa çıxarılır - SİYAHI
-
"Bu məni maraqlandırmır" - QMİ sədri
-
"Ermənistan KTMT öhdəliklərini yerinə yetirməkdən imtina edir" – Rusiya rəsmisindən sərt açıqlama
-
“Fənərləri sınmış küçələr”in aktyoru vəfat etdi
-
Təzəpir məscidində bayram namazı qılındı
-
Tanınmış aktrisanı gənə dişlədi, xəstəxanaya yatırıldı - FOTO
-
Mehriban Əliyeva Qurban Bayramı münasibətilə paylaşım edib - FOTO
-
Azərbaycanlı məşhurların xəyanət dramları – Siyahıda kimlər var?
-
“Mən olmasaydım, Tramp seçkilərdə uduzardı” - Mask