Şou-biznes

Rəqsanənin evindən reportaj: Sonu görünməyən dolabda Yağmur "yağır" - FOTOSESSİYA

29 Aprel 2011 09:36
Baxış: 4 231
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalının "Xoş gəlmişik" adlı rubrikası oxuculara yeni iştirakçısını təqdim edir. Bu dəfə evində qonaq olduğumuz sima adı tez-tez qalmaqallarda hallanan, problemli müğənni Rəqsanə İsmayılovadır.

Gəlişimizin məqsədini anlamayan Rəqsanə bizə evinin hər bir küncünü çəkməyə icazə verdi. İki mərtəbəli evinə girən zaman bizi anası, gülər üzlü Adilə xala qarşıladı. Ardınca isə Rəqsanənin qızları Aysun və Yağmur gəldilər.

Bu dəfə bizi evi ilə tanış edən, adət etdiyimiz kimi müğənni özü yox, onun qızı, "Matan" ləqəbli Yağmur oldu. Qızcığaz sona qədər fotosessiyamızda iştirak etdi. Nəyi çəkmək istədiksə, Yağmur qarşımızda pozalar verdi.

Evin yuxarı hissəsinə qalxan zaman piləkənlərdə Rəqsanənin portretlərini gördük. Yuxarıda, əsas otağa daxil olanda isə müğənninin qarderobu ilə tanış olduq. Rəqsanə geyimlərini böyük otağa yerləşdirmişdi. Otaq, sonu bəlli olmayan dolabı xatırladır.

Bu "dolabdan" çıxanda balaca Yağmur bizi anasının yataq otağına apardı. Maraqlı dizaynı ilə seçilən məkan qaranlıq idi. Bəlli oldu ki, Rəqsanə qaranlıq otaqda yuxuya gedən zaman sakitləşir.

Digər daxil olduğumuz məkan Rəqsanənin böyük qızı, Aysunun otağı oldu. Bu otaqda da "dolab" həvəsi gördük. Aysun da öz ayaqqabılarını açıq şəkildə otaq boyu düzmüşdü. Rəfiqələri onu gəzməyə çağıran zaman isə qız əynini necə tələsik geyinmişdisə, paltarlarını çıxarıb, otağın ortasına atmışdı.

Yuxarı evdə olan dördüncü otaq isə nisbətən balaca və boş idi. Burada heç kim yatmırdı.

Qeyd edək ki, Rəqsanə "Gənclik" metrostansiyasının yaxınlığında yerləşən qapalı məhəllədə yaşayır. Mənzil, bina evində olsa da, iki mərtəbədən ibarətdir.

Nəzərinizə çatdıraq ki, "Gənclik" metrostansiyasının yaxınlığında yerləşən mənzillərin 1 kvadrat metrinin qiyməti 1488 $ təşkil edir. Müğənninin evi isə kifayət qədər böyükdür.

Mələk
Milli.Az









































































































FOTO: Milli.Az

Ayanın evindən reportaj: İçki kolleksiyası, sevgilisinin hədiyyələri, bəd-nəzərdən qorunma üsulları - FOTOSESSİYA

Səidə Dadaşovanın evindən reportaj- Əri:"Səidə xanımla evlənməyimi qızım yaxşı qarşılamadı..." - VİDEO-FOTO

Müğənni Arzumun evindən reportaj: "Deyəcəklər, qızın başı xarabdır, amma..." - FOTOSESSİYA

Roza Zərgərlinin evindən reportaj: "6 avroluq ayyaqqabı, model müğənni və saksofonlu ana-bala"- FOTOSESSİYA

Lalə Məmmədovanın evindən reportaj: 10 dollarlıq karikatura, cehizsiz gəlin və balıqlar... - FOTOSESSİYA

Xəyyamın evindən reportaj: Çaysız qonaq, boş soyuducu, saxta ABŞ dolları və ən böyük kolleksiyaçı müğənni - FOTOSESSİYA
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.