Şou-biznes

Nura Surini kimlər hədiyyə yağışına tutdu? – FOTOSESSIYA

18 Aprel 2011 10:26
Baxış: 3 359
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalının məlumatına görə, müğənninin yubileyində ailəsi və yaxınları ilə yanaşı, sənət dostları da iştirak edib. Nuranı gül və hədiyyə yağışına tutanlar sırasında əməkdar artist Ədalət Şükürov, müğənnilərdən Elnur, Natavan Həbibi, Nurlan Növrəsli, Samira, Ramal, Samir Cavadzadə, repçilər Miri Yusif, ABD Malik, aparıcılar Tural Əsədov, Aynur Talıbova, Murad Arif, stilistlər Fuad Hacıyev, Syama, Nigar İbrahimova və digərləri olub. Gecə bir-birindən maraqlı məqamlarla yadda qalıb.
Onlardan biri biznes-ledi, müğənni Zamiqin keçmiş həyat yoldaşı Nigar Rəfiyeva Nura üçün geyimlər hazırlayıb. Məhz müğənninin ad günü üçün alınan geyimlərdən Nura Suri və Nigar Rəfiyevanın birgə layihəsində istifadə olunacaq. Digər maraqlı məqamlardan biri bəstəkar İsa Məlikovun müğənniyə mahnı hədiyyəsi olub. Yubileylərini hər zaman təmtəraqla keçirən müğənni növbəti yubileyini 45 yaşında qeyd edəcəyini və təbriklərə, hədiyyələrə görə hər kəsə təşəkkürünü bildirib.

Məlumat üçün bildirək ki, Nura Suri 1976-cı ildə Bakıda hərbçi ailəsində anadan olub. Müğənninin valideynləri Qarabağ müharibəsi veteranlarıdır. Sənət yoluna 1991-ci ildə "İmkan" qrupunda başlayan Nura 2004-cü ildə yenidən səhnəyə qayıdıb. Populyar mahnıları sırasında "Yol", "Əlini çək", "Vətənim", "Səndən öyrəndim", "Nəğmələrində yaşayacağam" və s. var. Hal-hazırda müğənni özünün sayca 2-ci albomu üzərində çalışır. Nura müğənniliklə yanaşı, özünü həm də aparıcı, yazıçı, stilist kimi də sınayır. 3 övladı var.
Milli.Az xəbər portalı Nura Surinin ad günündən maraqlı fotosessiyanı təqdim edir.

Aytac
Milli.Az





































































Foto Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.